Patruşev Vaşinqtonun əksinə, ABŞ PUA-sının İran hava sahəsində vurulduğunu Boltonun üzünə dedi

"ABŞ PUA-sı İran hava sahəsində vurulub". Baki-xeber.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbatla Qüdsdə Suriya ilə bağlı üçtərəfli görüşdə deyib.
Patruşev, Vaşinqtonun əksinə, İran tərəfindən vurulan ABŞ-a aid pilotsuz təyyarənin vurulduğu anda İran hava sahəsində olduğunu bildirib.
"Rusiya Müdafiə Nazirliyindən aldığım məlumata görə, həmin vaxt ABŞ-a aid PUA İran hava sahəsində olub", - Patruşev deyib.
Qeyd edək ki, rəsmi Vaşinqton bir neçə gün əvvəl vurulan ABŞ-a aid pilotsuz təyyarənin beynəlxalq hava sahəsində olduğunu bildirmişdi.