18/07/2019 09:19
728 x 90

Tramp İranı yenə hədələdi – “Artıq Kerri və Obama yoxdur”

img

ABŞ prezidenti Donald Tramp, ABŞ-İran gərginliyi ilə bağlı Twitter hesabından yeni açıqlama yayıb.

Baki-xeber.com xəbər verir ki, Tramp mesajında İranı yenə hədələyib.

İran haqda "yaxşılıq və şəfqəti anlamırlar" deyən Tramp bildirib: "Təəssüf ki, anladıqları tək şey gücdür. ABŞ da dünyanın ən güclü ordusuna sahibdir, sadəcə son iki ildə 1,5 trilyon dollar pul qoyulub”.

İranın çox sayda amerikalının ölümünə səbəb olan bombalı hücumların günahkarı olduğunu deyən Tramp, Tehranı hədələyib.

"İranın bu gün çox aşağılayıcı bəyanatı, onların gerçəyi oxuya bilmədiklərini göstərir. İranın amerikalılara qarşı hər hansı hücumuna böyük və əzici bir güclə cavab verəcəyik. Bəzi sahələr barədə, əzici sözü əvəzinə "məhv edici" də demək ola bilər. Artıq Con Kerri və Obama yoxdur!" – Tramp deyib.

Son xəbərlər