
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci ilin martında İrəvanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti Robert Köçəryan deyib.
"Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Köçəryan bildirib.