İrandan ABŞ-ın Xamneyi və Zərif qərarına sərt reaksiya… “Diplomatik kanallar sonsuzadək qapandı”

ABŞ-ın İran dini lideri Xamneyi və xarici işlər naziri Cavad Zərifə qarşı sanksiyaları diplomatik kanalların sonsuzadək bağlanması mənasına gəlir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
“Trampın ümidsiz rəhbərliyi dünyada sülh və təhlükəsizliyi təmin etmək üçün qurulan beynəlxalq mexanizmləri məhv edir” - Musəvi bildirib.