18/07/2019 09:26
728 x 90

ABŞ-dan İrana qarşı yeni sanksiya qərarı... Xamneyinin də adı “qara siyahı”ya salındı

img

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib. Sanksiya tətbiq edilənlər arasında İranın Ali dini lideri Ayətullah Xamneyi də var.

Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Tramp, ABŞ-a aid PUA-nın vurulmasının ardından sözügedən sanksiyaların qaçılmaz olduğunu deyib.

“Bir çox şəxslə birlikdə İran liderini də hədəf alan çox güclü sanksiyalar gətirən qərarı imzaladım. Bugünkü addımımız PUA-mızın vurulması da daxil olmaqla, son günlər İran rejiminin davranışlarının nəticəsidir” - ABŞ Prezidenti deyib.

Tramp, İranın fəaliyyətindəki əsas məsuliyyətin İran lideri Xamneyiyə aid olduğunu və buna görə də sözügedən sanksiyaların onu da əhatə etdiyini bildirib.

"İranla və ya başqa bir ölkə ilə qarşıdurma yaratmaq istəmirik, amma bunu deyə bilərəm ki, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik" – deyən Tramp, Xamneyidən əlavə İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli rəsmilərinin də sanksiya siyahısına salındığını açıqlayıb.

Son xəbərlər