18/07/2019 09:22
728 x 90

İran ABŞ-ı pilotsuz təyyarələrini vurmaqla təhdid etdi

img

İran Dəniz Qüvvələrinin komandiri Hüseyn Hanzadi ABŞ-a aid pilotsuz uçuş aparatlarını vurmaqla təhdid edib.

Baki-xeber.com xəbər verir ki, Hanzadi ABŞ-a aid pilotsuz uçuş aparatının vurulmasının Vaşinqtona sərt bir cavab olduğunu deyərək, hava sərhədləri pozulduğu təqdirdə yenə də eyni cavabı verəcəklərini söyləyib.

"Düşmən ən inkişaf etmiş texnologiyaya sahib pilotsuz uçuş aparatını qadağan olunmuş bölgəyə göndərdi və onun vurulduğunu gördü. Açıqca elan edirik ki, eyni addım təkrarlandığı təqdirdə düşmənə verilən bu sərt cavab təkrarlanacaq. Düşmən bunu bilir" - Hanzadi deyib.

Son xəbərlər