Amerika mətbuatı Fars körfəzində neft tankerlərinə hücumdan sonra ABŞ-ın İranın silahlara nəzarət edən kompüter sistemlərinə kiberhücumlar təşkil etdiyini iddia edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, “Washington Post” qəzeti, kiberhücumların raketlərə nəzarət edən kompüter sistemlərini hədəf aldığını yazıb.
“The New York Times” qəzeti isə, kiberhücumların, ABŞ-ın pilotsuz üçan aparatının və neft tankerlərinə hücumlara görə günahlandırdığı İrana qarşı cavab olduğunu bildirib.
İranın sistemlərində hər hansı fəsadların yaranması ilə bağlı məlumat verilmir.