14/11/2019 09:47
728 x 90

Rusiya Avropaya xəbərdarlıq etdi - "...Moskva İranı qorumaq üçün özü hərəkətə keçəcək"

img

Rusiya Avropanı, İranla ticarəti asanlaşdırmaq və Avropa şirkətlərini ABŞ sanksiyalarından qorumaq üçün hazırladığı xüsusi ödəmə mexanizmi (INSTEX) işə salmağa çağırıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Ryabkov əgər INSTEX istifadə olunmasa, Moskvanın Tehrana kömək edəcəyini deyib.

"Birlikdə səy göstərmək lazımdır və çox şey avropalılara bağlıdır, Bu məsələ, İranın neft ixracını əvvəlki səviyyəyə çatdırmaq üçün İran neftinin əsas istehlakçıları olan digər ölkələrdən də asılıdır. Ümid edirəm ki, İranın neft əməliyyatlarında INSTEX mexanizminin istifadəsinə dair razılıq əldə olunacaq", - Ryabkov deyib.

O, vurğuıayıb ki, İranın neft ixracını 2018-ci ilin mayından əvvəlki səviyyəyə çatdırmaq lazımdır. Rusiya bunun üzərində çalışdığını deyən Ryabkov, INSTEX tətbiq olunmazsa Moskvanın Tehranın neft ixrac və bank sektorunda maraqlarını qoruyacağını bəyan edib.

Son xəbərlər