ABŞ Hava Qüvvələrinə aid iki Boeing B-52H Stratofortress strateji bombardmançı təyyarəsi İran sərhədinə yaxın bir məsafədə uçuş keçirib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, son günlərdə ABŞ-la İranla ciddi gərginlik yaşayan Vaşinqtonun regiona nüvə təyyarələri göndərdiyi ortaya çıxıb.
Rus mətbuatı yazır ki, Qətərdəki Əl-Ubeyd hərabi hava bazasından qalxan təyyarə, F-15 döyüşçüləri ilə birlikdə İran sərhədlərinə yaxınlaşıb.
Düşmənlərin raketdən hava müdafiə sistemlərini təsbit etmək gücünə malik RC-135V tipli Amerika radar kəşfiyyat təyyarəsinin də, eyni saatlarda Fars körfəzi üzərində uçuş keçirdiyi məlum olub