15/10/2019 18:29
728 x 90

Malayziya Qərbin Ukrayna səmasında “sərnişin təyyarəsini Rusiya vurdu” ittihamına inanmadı

img

Malayziya Avropa ölkələrindən formalaşan beynəlxalq istintaq qrupunun 2014-ci ildə Ukraynanın şərqində BUK raketi ilə vurulan Malayziya Hava Yollarına aid MH17 təyyarəsinə görə Rusiyanı günahlandırmasını qəbul etmir.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Malayziya Baş naziri Mahathir Məhəmməd, istintaqın Rusiyanı günah keçisi vəziyyətinə gətirdiyini deyib.

 “Çox təəssüf edirik, çünki əvvəldən Rusiyanı günahlandırmaq siyasi bir məsələyə çevrildi. Hələ istantaq başlamadan Rusiyanı ittiham etdilər. İndi də sübutları olduğunu deyirlər. Bunu qəbul etmək bizim üçün çox çətindir” – baş nazir deyib.

Son xəbərlər