15/10/2019 18:27
728 x 90

BMT Baş katibi İran və ABŞ-a səsləndi – “Dünya Körfəzdə baş verən böyük bir münaqişənin bədəlini ödəyə bilməz”

img

BMT baş katibi Antonio Quterres, İranın ABŞ-ın pilotsuz uçan aparatını vurması da daxil olmaqla, Körfəz bölgəsindəki son vaxtlar baş verən hadisələrlə bağlı tərəfləri müraciət edərək gərginliyi azaltmağa çağırıb.

Baki-xeber.com xəbər verir ki, bunu BMT-nin baş katibinin sözçüsü Stepan Dujarric İran-ABŞ gərginliyini dəyərləndirərkən deyib.

"BMT baş katibi Antonio Quterres Körfəz bölgəsindəki son hadisələrdən son dərəcə narahatdır" deyən Dujarric bildirib ki, Quterres bütün tərəfləri maksimum sakitliyə və mövcud gərginliyin daha da artmasına yol verməməyə çağırıb.

"Baş katib bir daha təkrarladı ki, dünya Körfəz regionunda baş verən böyük bir münaqişənin bədəlini ödəyə bilməz", - Dujarric deyib.

Son xəbərlər