16/07/2019 13:06
728 x 90

ABŞ təsdiqlədi - İran pilotsuz təyyarəni raketlə vurdu… - FOTO

img

İran körfəzindən gərginlik yenidən artır. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Hava-Kosmos qüvvələri, ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub. ABŞ-a məxsus “Global Hawk” tipli pilotsuz uçuş aparatı ölkənin cənubundakı Hürmüzgan əyalətində vurulub.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi öncə İran hava sahəsində heç bir əməliyyat keçirmədiyini bildirib. Ancaq bu açıqlamadan qısa müddət sonra İranın ABŞ dronunu vurulduğunu etiraf edib.

Açıqlamada, dronun beynəlxalq hava sahəsində yerdən havaya atılan raketlə vurulduğu qeyd edilir.

SEPAH komandanı general Hüseyn Selami pilotsuz uçuş aparatının vurulmasının ABŞ-a açıq bir müsaj olduğunu deyib.

İran vurulan pilotsuz uçuş aparatının “Global Hawk” tipli olduğunu deyir. Ancaq ABŞ ordusu pilotsuz uçuş aparatının MQ-4C Triton olduğunu bildirir. Triton pilotsuz uçuş aparatı 24 saat göy üzündə qala bilir.

Son xəbərlər