22/07/2019 04:09
728 x 90

ABŞ S-400-lərə görə Türkiyəni cəzalandırmaq üçün üç sanksiya paketi ətrafında müzakirələrə başladı

img

ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı Rusiyadan S-400 raketdən müdafiə sistemləri almasına görə sanksiya tətbiq etməyi düşünür.

Baki-xeber.com Türkiyə mediaasına istinadən xəbər verir ki, “Bloomberg News” mənbələrə istinadən Trampın Türkiyəni cəzalandırmaq üçün üç sanksiya paketi üzərində düşündüyünü yazır.

Xəbərdə, Türkiyə S-400 alışına davam etdiyi təqdirdə F-35 satışının dayandırılmasından əlavə digər variantlar da tətbiq oluna biləcəyi yer alıb.

Ən çox dəstəklənən variantın isə, Türkiyənin əsas müdafiə sistemi sektorundakı bəzi şirkətləri "Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə qanunu" kimi tanınan və Rusiya ilə əməkdaşlıq edən təşkilatları hədəf alan CAATSA çərçivəsində hədəf alınmasıdır.

Sanksiyalar bu şirkətlərin ABŞ-ın maliyyə sistemi ilə əlaqəsini kəsərək, ABŞ-dan ehtiyat hissələri alışını və ABŞ-a satışı tamamilə qadağan edir.

Son xəbərlər