19/09/2019 00:34
728 x 90

Rusiya Qorbaçov və Reyqanın imzaladığı “raket sazişi”nin ləğvi ilə bağlı daha bir addım atdı

img

Rusiya ABŞ-ın bir tərəfli çəkildiyi "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqqında sazişlə (İNF) bağlı daha bir addım atıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Dövlət Duması İNF-nin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Rusiya Prezidenti Vladimir Putin SSRİ və ABŞ arasında "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqqında sazişin fəaliyyətinin dayandırılması haqqında qanun layihəsini mayın 30-da Dövlət Dumasına təqdim etmişdi. Qanun layihəsinə əsasən, Rusiya prezidentinin sazişin fəaliyyətini bərpa etməyə dair hüququ olacaq.

Xatırladaq ki, "Yaxın və orta mənzilli raketlərin ləğvi" haqda saziş 1987-ci il dekabrın 8-də Vaşinqtonda SSRİ rəhbəri Mixail Qorbaçov və o vaxtkı ABŞ prezidenti Ronald Reyqan tərəfindən imzalanıb.

ABŞ bu ilin fevral ayının 2-də sazişə dair götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bəyan edib.

Son xəbərlər