18/09/2019 05:47
728 x 90

Yəməndəki İran dəstəkli husilər Misir və Sudanı neft tankerlərini vurmaqla təhdid etdi

img

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə qarşı-qarşıya gələn İran dəstəkli husilər indi də Misir və Sudanı hədəf alıb. Baki-xeber.com xəbər verir ki, husilər Səudiyyə Ərəbistanını dəstəkləyən Misir və Sudanı təhdid edib.

Üsyançıların liderlərindən Mehdi Əl-Mashat, Səudiyyə Ərəbistanı və BƏƏ-nin liderlik etdiyi  ərəb birliyindən çəkilmədikləri təqdirdə Misir və Sudanı hücumla təhdid edib. Və koalisiya hərbi əməliyyatları davam etdirəcəyi halda Qırmızı dənizdə və ya Ərəb dənizindəki hər hansı bir neft tankerinin onlar üçün hədəf olacağını söyləyib: “Ərəb ittifaqından çəkilməyən hər ölkə Sudan və Misir daxil olmaqla raketlərin hədəfi olacaq. Qırmızı dənizdə və Ərəbistan dənizində neft daşıyan hər hansı gəmi bizim üçün hədəf olacaq”.

Əllərindəki raketlərin uzun mənzilli və güclü olduğunu deyən Mehdi Əl-Mashat bu raketlərin Körfəz ölkələrində istənilən hədəfi vura biləcəyini deyib: “ABŞ və İsrailin hücumlarına  dəstək verməkdən imtina edərlərsə onlarla əlaqələrimizdə bir düşmənçilik olmaz”.

Son xəbərlər