19/09/2019 00:39
728 x 90

İrandan ABŞ və Avropaya nüvə mesajı - “Razılaşmadakı limiti aşırıq… Avropanın az da olsa hələ də vaxtı var”

img

İran Atom Enerjisi Təşkilatı 10 gün sonra ölkədə zənginləşdirilmiş uran ehtiyatının 300 kq-ı keçəcəyini, nüvə razılaşmasındakı limitin aşılacağını bəyan edib. Bu isə anlaşmanın pozulması deməkdir.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-la İran arasında gərginliyi aradan qaldırmaqda tələsmələri üçün Avropa ölkələrinə çağırış edən İran Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvendi onları, ABŞ sanksiyalarına qarşı açıqlamaları dayandırıb İrana yardım etməyə səsləyib. Kamalvendinin sözlərinə görə, Avropa ölkələrinin az da olsa hələ də vaxtı var.

“Uran istehsalı 4 qat artırılıb, 300 kq zənginləşdirilmiş uran üçün geri sayım başlayır. 10 gün sonra 300 kq-dan artıq zənginləşdirilmiş uran istehsal ediləcək” – Kamalvendi deyib.

Aşağı səviyyəli zənginləşdirilmiş uran limitinin 300 kq-ı keçəcəyini deyən sözçü, İranın 2015-ci ildə əldə edilən razılaşmaya əməl etməməyə haqqı olduğunu deyib.

Son xəbərlər