İyunun 6-da ABŞ-a məxsus “MQ-9 Reaper” kəşfiyyat dronu Yəmən üzərində Husilər tərəfindən vurulub. Ayın 13-də isə başqa bir MQ-9-a Oman körfəzində atəş açılıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandalığı (CENTCOM) açıqlama yayıb.
Bildirilib ki, birinci dron Yəmən üzərində Husilərə aid SA-6 tipli raketlə vurulub. Sözügedən raketin İran istehsallı olduğu deyilir
Ikinci “MQ-9 Reaper” kəşfiyyat dronuna isə 13 iyunda Oman körfəzində tankerlərə hücumdan sonra atəş açıldığını bildirilir.
“Dəyərləndirməmizə görə, İran İslam İnqilabçı Keşikçilər “Kokuka Courageous” tankerinə hücumla bağlı müşahidə tədbirlərinin qarşısını almaq üçün İrana aid SA-7 raketilə Oman körfəzi üzərində ABŞ-a məxsus MQ-9-u vurmağa cəhd edib” – CENTCOM rəsmisi deyib.
Qeyd edilir ki, raket drona çatmayıb, sadəcə bir km yaxınlaşa bilib.
CNN isə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yazır ki, İran hərbi qüvvələri Oman körfəzində baş vermiş tanker insidentindən bir neçə saat əvvəl ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa çalışıb.
Bildirilir ki, ABŞ-ın “MQ-9 Reaper” kəşfiyyat dronu insidentdən saatlar əvvəl hücuma məruz qalmış tankerlərin yaxınlığında üzən İran gəmilərini müşahidə edib. İran hərbi qüvvələri dronu aşkar edib və onu raketlə vurmağa çalışıb, lakin raket drona dəyməyib və suya düşüb.
Qeyd edək ki, iyunun 13-ü Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən “Kokuka Corageous” və “Front Altair” neft tankerlərində partlayış və yanğın baş verib.