17/07/2019 09:18
728 x 90

Tramp Oman körfəzində tankerlərə hücumu İranın etdiyini dedi… ABŞ ordusu hərəkətə keçdi

img

ABŞ prezidenti Donald Tramp Oman körfəzində neft tankerlərinə hücumları İranın etdiyini deyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp “Fox News” kanalına açıqlamasında İrana sərt mesajlar verib.

Hücumu İranın etdiyini deyən Tramp “İranın qarşısı necə alınacaq?” sualına cavabında “Baxacağıq” deyərək, Hörmüz boğazının bağlanmayacağını, bağlansa belə bunun uzun müddət davam etməyəcəyini irəli sürüb.

Bu arada, ABŞ Mərkəzi komandanlığı (CENTCOM) Oman körfəzində tankerlərə hücumdan sonra "Mason (DDG 87)" raket esminesinin bölgəyə göndəriləcəyini açıqlayıb.

Qeyd edəki, "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumlar edilib. Qeyri-rəsmi məlumatlara görə, torpedo hücumu nəticəsində gəmilərdə partlayış və yanğın baş verib. "Front Altair" ekipajının üzvlərini İran təxliyə edib.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, "Kokuka Courageous" tankerinin 21 üzvü ABŞ-ın digər esminesi "Bainbridge"in göyərtəsindədir: "Biz ABŞ-ın "Bainbridge" esminesinin fəaliyyətinə olunan hər hansı müdaxiləyə dözməyəcəyik".

O da vurğulanıb ki, İranla müharibə ABŞ və dünya birliyinin strateji maraqlarına cavab vermir, lakin amerikalılar və onların tərəfdaşları regionda gəmiçiliyin və ticarətin azadlığını müdafiə etməyə hazırdırlar.

Qeyd edək ki, Oman körfəzində iki gün əvvəl səhər saatlarında iki tankerlərində partlayışlar baş verib. Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko Yaponiyaya yük daşıyan iki neft tankerinin Hörmüz boğazı yaxınlığında hücuma məruz qaldığını açıqlayıb.

ABŞ ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusu əsgərlərinin Oman körfəzində Yaponiyaya aid bir neft tankerindən partlamamış bombanı sökməyə çalışdığını göstərdiyini iddia etdiyi bir video yayıb. ABŞ hücuma görə İranı günahlanırır, ancaq Tehran bu ittihamları rədd edir.

Son xəbərlər