22/10/2019 08:39
728 x 90

ABŞ Oman Körfəzində tankerlərə hücumlara görə məsuliyyəti İranın üzərinə qoydu - FOTO

img

ABŞ Oman Körfəzindəki iki tankerə edilən hücuma görə, İran hakimiyyətini günahlandırıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Dövlət katibi Mayk Pompeo, Oman Körfəzindən Yaponiyaya gedən iki neft tankerlərinə hücumlara görə İranın məsuliyyət daşıdığını deyib.

Pompeo Iranın uzun müddətdir Hörmüz boğazından neft daşınmasına qarşı təxribat etdiyini, indi isə müxtəlif nöqtələrdə bənzər hücumlar təşkil etdiyini iddia edib. Dövlət katibi İranın Oman Körfəzindəki tankerlərə son hücumlara görə, də məsuliyyət daşıdığını ifadə edib.

“Əlimizdəki kəşfiyyat məlumatları, hücumu həyata keçirmək üçün silahlar və peşəkarlığa baxdığımızda İranın məsuliyyət daşıdığını görürük. Bölgədə bu qarmaqarışıq hücumu təşkil edəcək resurs və bu gücə sahib hər hansı bir qrup yoxdur. Bu hücum İranın ABŞ və müttəfiqlərinə qarşı təşkil etdiyi təhlükəli hücumlardan sadəcə biridir. Bu provokatif hücumlar beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dənizdə "səyahət azadlığı" qaydalarına açıq bir təhdid yaradır” - Pompeo deyib.

Qeyd edək ki, sözügedən Yaponiya gəmilərinə hücum dünən səhər saatlarında baş verib. Gəmidəki 44 nəfərlik personalı İran xilasediciləri tərəfindən xilas edilərək İranın Cask limanına aparılıb.

Son xəbərlər