17/07/2019 09:19
728 x 90

İranın dini lideri ilə görüşən Yaponiya baş nazirinin Trampdan gətirdiyi mesaj əlində qaldı - FOTO

img

İran lideri Əli Xamneyi, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdə ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyəcəyini və bu ölkə ilə danışıqlara getməyəcəklərini deyib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Xameneyinin bu sözlərindən sonra, Ş.Abenin Trampdan gətirdiyi mesajı masadan götürüb öz yanına qoyması diqqətdən yayınmayıb.

Ş.Abenin “ABŞ prezidentinin mesajını sizə çatdırmaq istəyirəm” sözlərinə cavab olaraq Xamneyi “Trampa heç bir cavabım yoxdur və olmayacaq” deyib.

Xamneyi, Ş.Abenin “ABŞ İranda rejim dəyişikliyi niyyətində deyil” sözlərinə isə, “ABŞ 40 il ərzində İslam Respublikasının öhdəsindən gələ bilməyib” sözlərilə cavab verib: “Əgər onlar həqiqətən də İranda rejimi dəyişmək məqsədi güdürsə, buna gücləri çatmayacaq. 40 il ərzində ABŞ prezidentləri İran İslam Respublikasını məhv etmək istəyib, amma bacamayıblar”.

Xamneyi, ABŞ-ın İranla səmimi müzakirələrə hazır olduğunu deyən Ş.Abeyə, buna inanmadığını bildirib.

Trampın “müzakirələr İranın inkişafına yardım edəcək” sözlərini xatırladan Ş.Abeyə Xamneyi “biz ABŞ-la müzakirə aparmadan və sanksiyalar altında olsaq da irəliləyəcəyik” sözlərilə qarşılıq verib.

Son xəbərlər