27/06/2019 11:12
728 x 90

Türkiyəni F-35 proqramından çıxarmaqla təhdid edən ABŞ bu dəfə başqa bir problemlə üzləşdi

ABŞ-ın, başqa ölkələrin F-35-lə uçuş əməliyyatları barədə daha çox məlumat əldə etməsi narazılıq doğurdu, iki ölkə proqramdan çıxa bilər

img

Rusiya S-400 sistemlərinə görə, Türkiyəni F-35 proqramından çıxarmaqla təhdid edən ABŞ bu dəfə başqa bir problemlə üzləşib.

Baki-xeber.com xəbər verir ki, ələ keçirdiyi bəzi F-35 sənədlərinə istinadən məlumat yayan “Defence News” saytı hələlik adları açıqlanmayan iki ölkənin F-35 proqramından çıxarmaq istədiyini yazır.

Sayt iddia edir ki, bunun səbəbu F-35 döyüş təyyarələrində istifadə edilən Avtomatik Logistik Məlumat Sistemilə (OLBS) bağlıdır. Bu proqramın ABŞ-a daha çox məlumat əldə etmək imkanı verməsi narahatlıqla qarşılanır.

Bu sistem, dünyanın aparıcı silah istehsalçılarından biri, F-35-lərin əsas istehsalçı şirkəti olan “Lockheed Martin” tərəfindən təyyarələrin uçuşu, uçuş davamlılığı, tapşırıqların planlaşdırılması və ehtiyat hissələrin sifarişi, texniki məlumatlar kimi bir sıra əməliyyatlar çərçivəsində istifadə olunur.

Məlumata görə, proqramdan çıxmaq istəyən ölkələrin narahatlıqları da elə bununla bağlıdır. Iki ölkə bu çərçivədə ABŞ və “Lockheed Martin” şirkətinin əldə etdiyi məlumatların "gizli bir gündəmə çevrilməsindən" narahatdırlar. Bu ölkələr xüsusilə, uçuş əməliyyatları və ya əməliyyat məlumatlarının sözügedən bazada toplanmasına qarşı çıxırlar.

Son xəbərlər