22/08/2019 20:36
728 x 90

ABŞ İranı bu dəfə də İraqdan “vurdu” - Qüds qüvvələrinə yaxın şirkət “qara siyahı”ya düşdü

img

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun xarici qolu olan Qüds qüvvələri ilə əlaqəsi olduğu bildirilən İraqdakı bir şirkət və rəhbərliyindəki iki şəxsə sanksiya tətbiq edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Qeyd edilir ki, Bağdadakı “South Wealth Resourses Company” (SWRC) adlı şirkət və iki rəhbər şəxsi - Kazım Abdul Hamid əl-Əsadi və Məhəmməd Hüseyn Salih əl-Hasaniyə qarşı sanksiya qərarı verilib.

Açıqlamada, sözügedən şirkətin Qüds qüvvələrilə əlaqəsi olduğu və şirkətə yüz milyonlarla silah verildiyi deyilir. Bundan başqa, SWRC və əl-Əsadi və əl-Hassaninin Qüds qüvvələrinə, ABŞ sanksiyalarını pozaraq İraqın maliyyə sisteminə çıxış əldə etməyə imkan yaratdığı vurğulanır.

Sanksiyalara əsasən, sözügedən şirkət və rəhbər şəxslərinin ABŞ-dakı aktivləri dondurulacaq və Amerika şirkətləri və ya şəxslərinin bu şirkət və rəhbərləri iş görməsi qadağan edilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil edib.

Son xəbərlər