17/06/2019 03:30
728 x 90

Məşhur iş adamı ABŞ-a meydan oxudu – “İndiyə qədər mənim kimi bir düşmənlə qarşılaşmadınız”

img

İlk kommersiya antivirus proqramının qurucusu Con Makafi Twitter-də səs-küylü mesajlar paylaşıb.

Baki-xeber.com xəbər verir ki, korrupsioner vəzifəli şəxsləri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) casuslarını ifşa edəcəyinə söz verən Makafi, vergilərə görə ona təzyiqlər davam edərsə, korrupsiya faktlarını sübut edən çox sayda sənədin sızdırılacağını deyib.

Hökumətin korrupsiyalaşması ilə bağlı dosyaları topladığını iddia edən Makafi ABŞ hökumətinə xəbərdarlıq da edib: "Həbs olunsam və ya başıma başqa bir gəlsə 31 terabaytdan çox məlumatı dərc edəcəyəm".

“McAfee” kompyuter antivirusunun yaradıcısı Makafi bunu edəcəyini göstərmək üçün iki korrupsioner məmurun və bir CIA casusunum adlarını açıqlayıb.

''ABŞ Hökuməti bundan əvvəl mənim kimi bir düşmənlə qarşılaşmadı və artıq bu hücuma məruz qalmayacağam'' – deyən Makafi ABŞ hökumətini çökdürəcəyini bildirib.

Son xəbərlər