17/06/2019 03:28
728 x 90

Ermənistanda növbəti qalmaqallı istefa gözlənir

img

Ermənistanda növbəti qalmaqallı istefa gözlənir. Trend erməni saytlarına istinadən xəbər verir ki, növbəti istefaya çıxacaq şəxs Konstitusiya Məhkəməsinin (KM) sədri Qrayr Tovmasyan ola bilər.

Məlumatlara görə, Q.Tovmasyanın ətrafındakı çevrə daralır. Ola bilsin, yaxın saatlar və yaxud günlərdə KM sədri vəzifəsindən gedəcək.

Onun da baş nazir Nikol Paşinyanla münasibətlərinin gərgin olduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl ədliyyə naziri Artaq Zeynalyan və Ali Məhkəmə Şurasının sədr müavini Gevorq Danielyan da istefa verib.

Son xəbərlər