19/08/2019 06:32
728 x 90

İslandiyada Türkiyə yığmasına qarşı böyük hörmətsizlik... Çavuşoğlu söz verdi: “Cavabsız qalmayacaq”

img

2020-ci il Avropa Çempionatının seçmə mərhələsinin "H" Qrupunda mübarizə aparan Türkiyə millisi iyunun 11-də İslandiya ilə baş tutacaq qarşılaşma öncəsi bu ölkədə haqsızlıqla üzləşib.

Baki-xeber.com xəbər verir ki, Türkiyə millisi İslandiyanın "Keflavik" hava limanına enən kimi böyük hörmətsizliklə qarşılaşıb.

Belə ki, Türkiyə milli komandasının bütün üzvləri İslandiya rəhbərliyi tərəfindən 2 saat pasport yoxlamasından keçirilib. Bundan əlavə, futbolçuların şəxsi əşyaları da detallı yoxlamadan keçirilib.

Bundan başqa Əmrə Bələzoğlu açıqlama verərkən hələlik turist olduğu iddia edilən bir nəfər ona tərəf mikrofon deyil fırça uzadıb. Daha sonra isə oradan uzaqlaşıb.

Türkiyə isə futbolçulara qarşı bu cür sayqısız hərəkətlərə sərt reaksiya verib. Xarici İşlər naziri Mövlud Çavuşoğlu bunun cavabsız qalmayacağını deyib.

“Futbol üzrə milli komandamızın 2020-ci il Avropa Çempionatı seçmələri çərçivəsində İslandiya ilə oynayacağı matç üçün bu ölkəyə səfəri zamanı hava limanında məruz qaldığı rəftar həm diplomatik tətbiqlər baxımından, həm də insanlıq baxımından qəbul edilə bilməz. Millətimiz əmin olsun ki, buna lazımlı cavab veriləcək” - deyə Çavuşoğlu vurğulayıb.

Son xəbərlər