17/06/2019 03:28
728 x 90

Putin Zelenskini nə üçün təbrik etmədiyini açıqladı – “Ukrayna prezidenti Rusiyanı aqressor adlandırıb”

img

Rusiya prezidenti Vladimir Putin yeni seçilmiş Ukrayna prezidenti ilə danışıqlara açıq olduğunu deyir.

Vladimir Zelenskini keçən il Ukraynanın prezidenti seçilməsi münasibəti ilə nə üçün təbrik etməməsi ilə bağlı sualına Putin, Zelenskinin Rusiyanı aqressor adlandırdığı bəyanatına diqqət çəkib.

Putin Zelenskinin istedadlı aktyor olduğunu deyib. Lakin əlavə edib ki, oynamaqla, olmaq arasında fərq var. Daha sonra Putin tərzini yumşaldaraq bildirib ki, Zelenski lider olmaq üçün xüsusiyyətlərə malikdir və o, Ukraynanın yeni lideri ilə danışıqlara açıdır.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Moskvanın Ukraynanın şərqindəki üsyançı separatçıları dəstəkləməsindən sonra gərginləşib.

Son xəbərlər