Rusiyayönümlü və qərbyönümlülərin koalisiyası Moldovanı qarışdırdı, prezident Dodonun səlahiyyətləri əlindən alındı

Moldovada rusiyayönümlü Sosialist Partiyası ilə qərbyönümlü “ACUM Da şi PAS” koalisiya hökuməti qurduqdan sonra siyasi böhran yaranıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Moldova koalisiya hökuməti parlamentdə and içib fəaliyyətə başladıqdan sonra Konstitusiya Məhkəməsi hökumətin legitim olmadığını bəyan edib.
Məhkəmə bundan əvvəl erkən seçki qərarını həyata keçirmədiyinə görə, prezident səlahiyyətlərini hazırki prezident İqor Dodondan alaraq müvəqqəti olaraq baş nazir Pavel Filipə həvalə edib.
P.Filip Konstitusiya Məhkəməsinin ona verdiyi səlahiyyətlərdən istifadə edərək parlamentin buraxılması və 6 sentyabrda yeni seçkilərin keçirilməsini nəzərdə tutan qərar imzalayıb.
Belə bir vəziyyətdə ən demokratik yolun ekən seçki olduğunu deyən P.Filip bildirib ki, prezidentlik səlahiyyətləri əlindən alınan İqor Dodon da daxil olmaqla, artıq partiyalar hazırkı mövqelərini davam etdirməməlidirlər.
Prezident İqor Dodon isə sosial media hesabından səlahiyyətlərinin P.Filipə həvalə edilməsinə sərt reksiya verib. Dodon Məhkəmənin bu qərarını hakimiyyəti ələ keçirmək cəhdi kimi qiymətləndirib.
Dodonun artıq altıncı dəfədir ki, səlahiyyətləri əlindən alınır.