Rusiya S-400 raketdən müdafiə sistemlərinin Türkiyəyə təslim ediləcəyi tarixi açıqlayıb.
Bakix-xeber.com xəbər verir ki, Rusiya müdafiə sənayesi şirkəti “Rostec” S-400-lərin 2 ay ərzində Türkiyəyə verilməsinə başlanacağını bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya arasında S-400-lərin satışına dair müqavilə keçən ilin sentyabr ayında imzalanıb. Bundan əvvəl sistemlərin Türkiyəyə çatdırılmasının 2020-ci ilin martında başlanacağı açıqlanmışdı.