17/09/2019 01:05
728 x 90

Çin dənizində təhlükəli vəziyyət... ABŞ və Rusiyanın döyüş gəmiləri toqquşmadan son anda qurtuldu - VİDEO

img

ABŞ donanmasına aid “USS Chancellorsville” döyüş gəmisi Cənubi Çin dənizində qəfildən istiqamətini dəyişərək Rusiyaya aid “Admiral Vinorgardov” gəmisinə yaxınlaşaraq onun önünü kəsib.

Baki-xeber.com xəbər verir ki, bunu iddia edən Rusiyanın Sakit okean donanmasının yaydığı açıqlamaya görə, Rusiya heyəti toqquşmanın qarşısını almaq üçün manevrlər edib.

Rusiyanın Sakit okeanda yaşanan bu olayla bağlı iddiasına ABŞ da dərhal reaksiya verib. Açıqlamada deyilir: “Bir helikopterin enişi əsnasında rus döyüş gəmisi arxadan sürətlə yaxınlaşmağa başladı. Uyğun olmayan məsafəyə, yəni 15-30 metrə qədər yaxınlaşdı. Bu ani və təhlükəli bir hərəkətdir. “USS Chancellorsville” isə mühərriki dayandıraraq manevr edib və toqquşma təhlükəsini aradan qaldırıb”.

Amerikalı komandir Klerton Doss isə Rusiyanın iddiasının təxribat olduğunu bildirib.

Qeyd edək ki, “CNN International” Pentaqon müxbiri Barbara Starr, Twitter-də gərginliyin yaşandığı anın görüntülərini paylaşıb.

Son xəbərlər