ABŞ Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinə görə Türkiyəni yenə təhdid edib. Birləşmiş Ştatların NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçinson deyib ki, Türkiyə F-35 tipli qırıcıları əldə etmək istəyirsə, Rusiyadan S-400 sistemləri almaqdan imtina etməlidir.
Baki-xeber.com xəbər verir ki, Hatçinson Rusiyanı NATO-nu parçalamaq və zəiflətmək üçün yollar axtarmaqda günahlandırıb.
“Rusiya havadan müdafiə sistemlərinin F-35 qırıcıları ilə eyni hərbi nəzarət mexanizmi daxilində yer alması qəbuledilməzdir" - deyən Türkiyə rəsmilərinə səslənib: “Seçim etməlisiniz. Bunlardan birini ala bilərsiniz, ikisini də ala biməzsiniz”.