Rəsmi Tehran, ABŞ dövlət katibi Mayk Pompeonun heç bir şərt olmadan İranla danışıqlara başlana biləcəyinə dair açıqlamasına reaksiya verib.
Baki-xeber.com xəbər verir ki, ABŞ sanksiyalarını"iqtisadi müharibə" kimi xarakterizə edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın nüvə proqramı ilə heç bir əlaqəsinin olmadığını deyib.
Zərif, sanksiyalar ləğv edimədən iki ölkə arasında dialoqun başlamayacağını söyləyib.
Zərif sosial media hesabında yaydığı açıqlamasında İrana qarşı sanksiyaların günahsız vətəndaşları hədəf aldığını deyib. Zərif, “Ürəyi qırılmış ananın böyüdükcə ona protez ayaq ala bilmədiyi bu balaca uşaq kimi” deyərək, bir qadının oğlunun ehtiyacı olan protez ayağı, sanksiyalara görə, ala bilmədiklərini söylədiyi video paylaşıb.