Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Gürcüstana getməyə hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, Saakaşvili, bir və ya üç aydan sonra Gürcüstana getməyə hazırlaşdığını deyib.
"Gürcüstana nə vaxt geri qayıtmağı düşünürsünüz" sualına Saakaşvili "Ay və ya üç aydan sonra" - deyə cavab verib.
Xatırladaq ki, Saakaşvili Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun əmri ilə vətəndaşlıqdan məhrum edilmişdi. Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 28-i sərəncamı ilə Saakaşviliyə ölkə vətəndaşlığını geri qaytarıb. Siyasətçi növbəti gün Ukraynaya geri dönüb.