ABŞ Prezidenti Donald Tramp hər gün onlarla insanın öldürüldüyü İdlibə Rusiya və Suriya rejiminin hücumları ilə bağlı açıqlama yayıb.
Baki-xeber.com xəbər verir ki, Tramp özünün "Twitter" səhifəsində bununla bağlı Rusiya, Suriya və İrana çağırış edib.
Onları İdlibi bombalamağı dayandırmağa çağıran Tramp yazır: "Eşitmişəm ki, Rusiya, Suriya və qismən də İranın Suriyanın İdlib bölgəsində şiddətli bombaladıqlarını və çox sayda dinc sakini kütləvi şəkildə qətlə yetirdiklərini eşidirəm. Dünya bu qətliamı izləyir. Məqsədiniz nədir, sizə nə verəcək bu? Dayanın!"