Çempionlar Liqasının final oyununun keçiriləcəyi Madridin “Vanda Metropolitano” stadionu ətrafında böyük tıxac yaranıb.
İspaniyanın paytaxtında müşahidə olunan acınacaqlı mənzərənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, bu gün Madriddə Çempionlar Liqasının kuboku uğrunda İngiltərənin “Liverpul” və “Tottenhem” klubları mübarizə aparacaqlar.
Ancaq, oyuna gedən azarkeşlər 2-3 saat tıxacda qalmalı olublar. Bundan başqa, oyundan öncə “Vanda Metropolitano” stadionu qarşısında zibillik də diqqətlərdən yayınmayıb.
Qeyd edək ki, mayın 29-da Bakıda Avropa Liqasının final matçı zamanı belə problem yaranmayıb. "Çelsi" və "Arsenal"ın qarşılaşdığı final oyunundan əvvəl xaricdən səsləndirilən əsassız iddialar elə xaricdən gələn qonaqlar tərəfindən də alt-üst edildi. Onlar xüsusilə, Bakıda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıblar.