ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Tramp “Twitter” hesabında ikinci dönəm prezidentliyə namizədliyini iyunun 18-də elan edəcəyini yazıb.
"İkinci dövr prezidentlik üçün yarışacağımı 18 iyunda birinci ledi Melania Tramp, vitse-prezident Mayk Pense və həyat yoldaşı Karen Pens ilə birgə Floridanın Orlando şəhərində elan edəcəyəm. 20 min nəfərlik “Amway Center”də keçiriləcək tarixi görüşdə bizə qatılın" - Tramp yazıb.
Sorğulara Demokratlardan prezidentliyə iddialı keçmiş vitse-prezident Co Bayden hələlik öndə görünür.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 3 noyabr 2020-də keçiriləcək.