İrana tətbiq edilən sanksiyalardan heç bir ölkə azad olunmayacaq. Hədəfimiz İranın neft ixracını dayandırmaqdır. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.
ABŞ-ın sanksiyaları çərçivəsində İrandan neft satın alan Hindistan və ya Çin kimi ölkələrə güzəşt edilib-edilməyəcəyinə dair sualı cavablandıran Ortaqus deyib: “Prezident Donald Tramp və dövlət katibi Mayk Pompeonun əsas məqsədi İranın neft satışını sıfıra endirməkdir. Bu məslədə heç bir ölkə ABŞ-ın İrana qarşı sanksiyalarından azad olunmayacaq. Bir il əvvəl bur çoxları tək tərəfli sanksiyaların nəticəsinin olmayacağını demişdi. Lakin bunun əksi oldu və tətbiq öz səmərəsini verməyə başladı. Avropanın ən aqressiv şirkətləri və bankları belə İrandan çıxdılar”.