ABŞ-la gərginlik yaşayan İran Rusiyadan S-400 raketdən müdafiə sistemi almaq istəyib. Baki-xeber.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumata yayıb.
İddialara görə, İran S-400 raketdən müdafiə sistemi almaqla bağlı niyyətini Rusiyaya çatdırıb.
“Bloomberg” adı açıqlanmayan Rusiya rəsmilərinə istinadən xəbər veri ki, ruslar İranın bu istəyini rədd edib. Moskva rədd cavabını, S-400-lərin bölgədə gərginliyi daha da artıracağı ilə izah edib.