Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı yaxınlığında 13 mayda 4 ticarət gəmisinə qarşı hücumun arxasında İranın olduğuna dair dəlillərin BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək.
Baki-xeber.com xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.
“Birləşmiş Ərəb Əmirlikləri sahilində gəmilərə edilən hücumların arxasında İranın olduğuna dair sübutlar BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək” – Bolton deyib.
ABŞ-ın bölgəyə əlavə hərbi qüvvə göndərməsi və vəziyyətə sürətli şəkildə müdaxilə etməsinin İranın bu hərəkətindən daşınmasına dəstək olduğunu deyən Bolton, İranın ABŞ qüvvələrini hədəfə almasının “ciddi səhv” olacağını, belə bir addımın da müzakirə istəyilə üst-üstə düşməyəcəyini ifadə edib.