Şimali Koreyanın ABŞ Dövlət Şurasındakı xüsusi nümayəndəsi Kim Hek Çxol mart ayında Hanoy sammitində iştirak edən Şimali Koreya XİN-in digər dörd vəzifəli şəxsi ilə birlikdə edam olunub.
Baki-xeber.com-un xarici mətbuata istinadən xəbərinə görə, Şimali Koreyanın lideri Kim Çen In bir neçə ali vəzifəli şəxsi, o cümlədən Kim Hek Çxolu ABŞ və KXDR liderləri arasında keçirilən ikinci sammitdə Prezident Donald Trampla razılığa gəlinə bilinməməsi üzündən edam etməyi əmr edib. Həmçinin bildirilir ki, daha bir yüksək rütbəli məmur, Kim Çen Inın birinci müavini Kim En Çhol katorqa işlərinə məhkum edilib.
Qeyd edək ki, fevralın sonunda ikinci Hanoyda ABŞ-KXDR Sammiti keçirilib. Lakin Sammit ABŞ prezidenti Tramp və KXDR lideri Kim Jong-un birgə mətbuat konfransı olmadan və tərəflər arasında yekun razılaşma imzalanmadan başa çatıb. Görüşdə fikir ayrılıqlarına isə KXDR-ə qarşı sanksiyalar səbəb olub. Sammitdən sonra Tramp bildirib ki, Şimali Koreya sanksiyaların tamamilə aradan qaldırılmasını tələb edib, KXDR Xarici İşlər Nazirliyi isə məhdudlaşdırıcı tədbirlərin qismən ləğvini istədiklərini iddia edir.