Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın iki il əvvəl hərracda satın aldığı Da Vinçinin Hz. İsa tablosunun saxta olduğu ortaya çıxıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, şahzadəsi Salman Leonardo Da Vinçinin Salvador Mundi adlı rəsm əsərini 2 il əvvəl 450 milyon dollara satın alıb. Şahzadə rekord qiymətə aldığı bu rəsm əsərinin saxta olduğu məlum olub.
Səudiyyə şahzadənin Da Vinçinin rəsm əsəri adı ilə aldığı tablo orijinal olmadığı, aldadıldığı ortaya çıxıb.
Şahzadə 450 milyon dollara aldığı əsərin sahibinin Leonardo Da Vinçi olmadığını iki il sonra öyrənə bilib. Parisdəki Luvr Muzeyində çalışan mütəxəssislər də əsərin saxta olduğunu deyiblər.