Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı yeni sərəncamla Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin adını Ukrayna vətəndaşlıqları ləğv edilmiş şəxslərin siyahısından çıxarıb.
Müvafiq sərəncam Ukrayna prezidentinin veb səhifəsində dərc edilib.
Odessa vilayətinin sabiq rəhbəri Mixeil Saakaşvili Ukraynaya daxil olmaqla bağlı qadağının ləğv edilməsi üçün ərizə yazıb.
O bildirib ki, Vladimir Zelenski ilə danışıqlar aparmayıb. “Mən onu şəxsən tanıyıram. Düşünürəm ki, o, Poroşenko və onun mafiyasının təsvir etmək istədiyi qədər də sadə insan deyil. O daima öyrənən çox ağıllı insandır. O, qeyri-adi, dərin insandır və Ukraynanı sevir. O həqiqətən yeni Ukrayna dövlətinin qurucu atası olmaq şansına malikdir.” – deyə, Saakaşvili bildirib.
Daha öncə Zelenski Saakaşviliyə müsbət yanaşdığını bildirərək, onun Gürcüstanda islahatlar apardığını və korrupsiyaya qalib gəldiyini deyib.