Fransada hakimiyyətə qarşı etirazların əsas bazasını təşkil edən “sarı jiletlilər” hərəkatının təsiri Avropada artmaqdadır.
“Sarı jiletlilər” bu dəfə Brüsseldə Avropa Parlamentinə (AP) seçkilər günü ictimai bərabərsizliyə etiraz etmək üçün aksiya keçirib.
Bəzi etirazçıların barrikadaları aşaraq, seçkilərin keçirildiyi binalara girməyə cəhd etməsi qarşıdurmaya səbəb olub.
Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib. Brüssel polis, təxminən 350 nəfərin saxlandığını açıqlayıb.
Baki-xeber.com