Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və Türkiyə arasında gərginliyə səbəb olan raketdən müdafiə sistemlərilə bağlı yeni açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, S-400 raketdən müdafiə sistemlərinin iyunda Türkiyədə olacağını deyən Şoyqu, S-500-lərin Türkiyə ilə ortaq istehsalını istisna etməyib.
"İlk S-400 heyəti iyun ayında Türkiyədə olacaq. Türkiyə ilə S-500-ləri də birgə istehsal edəcəyik. Bir ədəd S-500 batareyası belə bütün Türkiyə hava sahəsini xarici hücumlardan qorumağa bəs edər" - Şoyqu deyib.
"Türkiyə elan etdiyi milli iqtisadi bölgələrini Şərqi Aralıq dənizində Amerika təhdidlərinə qarşı qorumaq və müdafiə etmək qüdrətindədir…
Qaldı ki, Türkiyənin əlində özünün istehsal etdiyi müasir texnologiya ilə “Hisar” havadan müdafiə batareyaları var. Amerika bu məsələdə gecikdiyini indi başa düşür.
Amerika nə edirsə, etsin Türkiyə öz ölkəsinə raketdən müdafiə qalxanını quracaq. ABŞ-ın həmlələri Türkiyənin dostu olan bir ölkənin həmlələri deyil. Bunu artıq dünya da öyrəndi. Türkiyə artıq ABŞ-ın əmr verdiyi bir ölkə deyil. Tam müstəqil yeni bir gücdür, bunu Amerika da qəbul edəcək" – Şoyqu deyib.