ABŞ Türkiyəni Rusiya istehsalı "S-400" zenit-raket komplekslərinə görə yenə təhdid edib.
Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus Türkiyə "S-400" alacağı təqdirdə, ciddi mənfi nəticələrlə qarşılaşacağını deyib.
O, "S-400" zenit-raket komplekslərinin alınmasının ABŞ və NATO-nun Türkiyə ilə müdafiə sahəsində əlaqələrinə ciddi təsir edəcəyilə bağlı xəbərdarlıq edib.
Ortaqus satış tamamlanarsa, bunun olduqca real və mənfi nəticələrinin olacağını deyib.