Trampdan ABŞ-dakı “dərin dövlətlə” bağlı sensasiyalı açıqlama... “Məni İranla müharibəyə məcbur edirlər”

ABŞ-la İran arasında təhlükəli gərginliyin artdığı bir vaxtda Prezident Donald Tramp yeni diqqət çəkən açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, Tramp “dərin dövlətin” ABŞ-ı İranla müharibəyə sürüklədiyini deyib. “Fox News” kanalına açıqlama verən Tramp hərbi sənaye kompleksini hədəf alaraq bildirib ki, İranla müharibə aparmaq istəmir, lakin “dərin dövlət” daim onu hərbi münaqişəyə doğru itələyir.
İranla uzun müddətdir problem olduğunu deyən Tramp, müharibəyə getmək istəmədiyini deyib. “İranla müharibə istəmədiyinizə dair xalqa zəmanət verə bilərsinizmi” sualını cavablandıran Tramp deyib: “...Özünüzü aldatmayın. Bu ölkədə bir hərbi sənaye kompleksi var, onlar daim müharibə istəyirlər”.
ABŞ prezidenti hərbi-sənaye kompleksinin müharibə istəyinə Suriyadakı hadisələri nümunə göstərib: “Suriyadan əsgərlərimizi gətirmək istəyirəm deyirəm, insanlar dəliyə çevrilir. Bu Vaşinqtonda elə insanlar var ki, heç yerdən çıxmaq istəmirlər. Yaxşı, orada bir az hərbi qüvvə saxlayacağımı deyirəm. Amma onlara qalsaydı, əlavə minlərlə əsgər də göndərərdilər”.