25/08/2019 22:54
728 x 90

Ağ Evdə qalmaqal… Tramp "Rusiya ittihamına” görə demokratlarla toplantını yarımçıq dayandırdı

img

ABŞ prezidenti Donald Tramp onu "Rusiya istintaqı”nın üstünü örtməkdə ittiham edən Nümayəndələr Palatasının Demokrat sədri Nensi Pelosiyə sərt reaksiya verib.

Baki-xeber.com xəbər verir ki, Tramp Pelosi və bəzi Demokrat liderlərlə Ağ Evdə keçirdiyi toplantını yarımçıq dayandırıb.

Pelosinin onun haqqında açıqlamalarına sərt reaksiya verən Tramp, iclası tərk etdikdən sonra Ağ Evin bağçasında jurnalistlərə açıqlama verib.

Tramp Pelosinin toplantıdan əvvəl "ABŞ prezidenti "Rusiya istintaqı”nın və xüsusi prokuror Robert Müellerin hesabatının üstünü örtməyə çalışır" açıqlamasından çox narahat olduğunu deyib.

"“Rusiya istintaqı” bu günə qədər heç bir gizli əməkdaşlığı ortaya çıxara bilmədi. Bu uydurma araşdırmalara artıq son qoyun. Mən heç bir şeyi ört-basdır etmərəm” - deyən Tramp, demokratlar ona qarşı araşdırmaları dayandırmayana qədər onlarla işləməyəcəyini söyləyib.

Son xəbərlər