İtaliyada liman işçiləri Yəmənə silah daşıyan gəmiyə yük vurmaqdan imtina edib.
Baki-xeber.com xəbər verir ki, bu ayın əvvəlində, Belçikanın Antvers şəhərindən silah yüklənib Yəmənə doğru yola çıxan “Bahri-Yanbu” gəmisinə Fransanın Le Havre limanında əlavə yük vurulmasının qarşısı alınmışdı.
İtaliyalı işçilər də Cenevrə limanına yanaşan gəmiyə yüklərin vurulmasına qarşı aksiya keçirib. Yəmənə silah daşınmasının BMT sazişlərinə zidd olduğunu vurğulayan nümayişçilər "Limanlar insanlara açıqdır, silahlara bağlıdır" şüarları səsləndiriblər.
Mətbuata açıqlamalar verən işçilər Yəməndə müharibənin cinayət ortağı olmayacaqlarını deyiblər.