Fransada iki regional qəzet, Yelisey Sarayından müdaxilə edildiyini əsas gətirərək prezident Emmanuel Makrondan götürdükləri müsahibəni yayımlamaqdan imtina edib.
Macron, Avropa Parlamentinə seçkilər ərəfəsində Fransada region qəzetlərini Yelisey Sarayına dəvət edərək müsahibə verib.
Ancaq qəzetlərdən, hazırladıqları müsahibə mətnini yayımlanmadan əvvəl Yelisey Sarayına göndərmələri istənib. Sarayın istəyini qəbul etməyən iki qəzet - "La Voix du Nord" və "Le Telegramme" müsahibəni dərc etməkdən imtina edib. "La Voix du Nord" qəzetinin rəhbəri hazırladıqları materialın yayımdan əvvəl administrasiya tərəfindən yoxlama məqsədilə oxunmasını qəbul etməyəcəklərini deyib.