Rusiyalı ekspertlər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "S-400" zenit-raket komplekslərinin alınmasından sonra, "S-500" sistemlərini həm alıb, həm də Rusiya ilə birgə istehsalına dair açıqlamasına müsbət yanaşır.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın fikirlərini dəyərləndirən rusiyalı hərbi mütəxəssislər bunun mümkünlüyünə dair Rusiya rəsmilərin əvvəlki açıqlamalarına diqqət çəkirlər.
“Russia Today”ə açıqlama verən ekspertlərin fikrincə, bunun üçün ilk olaraq ölkələr arasında vahid texniki standart formalaşdırılmalıdır. "Arsenal Oteçestva" hərbi jurnalının redaktoru Aleksey Leonkov raket əleyhinə müdafiə sistemlərinin birgə istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsinin nəzəri cəhətdən mümkün olduğunu deyib. O, Rusiyanın Hindistanla buna bənzər təcrübəsinin olduğunu bildirib: "Məsələn, Hindistanla tank hissələrinin birgə istehsalı təcrübəsi mövcuddur. "Su-30MKİ" tipli tank istehsal edilir, hindistanlılar isə daha sonra tanka öz avadanlıqlarını quraşdırır və öz silah sistemlərinə uyğunlaşdırırlar. Yəni, Rusiyanın başqa ölkələrlə birlikdə hərbi texnika istehsal etmək təcrübəsi var".
Qeyd edək ki, bundan əvvəl Türkiyədən Rusiya ilə 5 nəsil döyüş təyyarələrinin istehsalı ilə bağlı əməkdaşlığın mümkünlüyünə dair açıqlamalar verilmişdi.
Onu da xatırladaq ki, ABŞ-la Türkiyə arasında Rusiya "S-400"lərinə görə gərginlik yaranıb. Hətta ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb. ABŞ Türkiyənin, "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına son verməklə hədələyir.