İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın “əgər İran müharibə istəyirsə, bu iranın rəsmən sonu olar” təhdidinə cavab verib.
Baki-xeber.com xəbər verir ki, Zərif öz "Twitter" səhifəsində "iqtisadi terror və soyqırım cancmaları İranı bitirə bilməyəcək" mesajı ilə cavab verib.
“Tramp, “B qrupu”nun təhriki ilə İsgəndər, Çingiz Xan və başqalarının əldə edə bilmədiklərini əldə edəcəyinə ümid edir. Bütün işğalçılar getdi, ancaq İran min ildirir ayaqdadır...” Zərif bildirib
Zərif mesajı bu sözlərlə bitrib: "Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşmağa cəhd edin, işə yarayar".